Əmək Günü tətilində Çində 230 milyon daxili səyahət qeydə alınıb
06.05.2021 [16:35]
Xəbərin mətni
Çində 1 may - Əmək Günü münasibətilə elan olunmuş 5 günlük tətil müddətində təxminən 230 milyon daxili səyahət qeydə alınıb.
AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu, ötənilki göstərici ilə müqayisədə 2 dəfə çoxdur. Çinlilər pandemiyaya görə xarici səfərlər məhdudlaşdırıldığından bayram tətilini ölkədə keçirməklə kifayətləniblər. Bu məqam turizm də daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında dövriyyənin çoxalmasına səbəb olub.