DÜNYA


ÜST Çinin “Sinopharm” şirkətinin peyvəndini istifadə üçün təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” şirkətinin COVID-19 virusu əleyhinə peyvəndini təcili istifadəyə təsdiqləyib.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, bununla ÜST-ün COVID-19 virusu əleyhinə təcili istifadə üçün təsdiqlədiyi peyvəndlərin sayı 6-ya çatıb. “Sinopharm” peyvəndi ilə bağlı hesabatları təhlil edən ÜST-ün Peyvəndlər üzrə Müstəqil Ekspertlər Şurası (SAGE) 2 dozalı vaksinin 18 yaşdan yuxarı şəxslərə vurulmasına razılıq verib. Bu qərar “Sinopharm” peyvəndinin COVAX təşəbbüsü çərçivəsində paylanmasına imkan yaradacaq.