Çində əhaliyə vurulan COVID-19 peyvəndinin sayı 400 milyonu ötüb
17.05.2021 [16:04]
Xəbərin mətni
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində əhaliyə 406 milyon doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.