MƏDƏNİYYƏT


İsmayıllının küçə və prospektləri 3D formatında rəsmlərlə bəzədilir

Yunanıstan, İtaliya və qardaş Türkiyədə belə məhəllələr kifayət qədərdir. Azərbaycanda isə Bakının Balaxanı və Bibiheybət qəsəbəsindən başlayan bu cür layihələrin davamı olaraq regionlarda ilk dəfə İsmayıllıda küçələrə rəssamlar tərəfindən rəsmlər çəkilir.
AZƏRTAC xəbər verir ki, ilin bütün fəsillərində qonaqlı-qaralı olan İsmayıllıda küçə və prospektlərdəki divarlar gənc rəssamların iştirakı ilə ilk dəfə 3D formatında rəsmlərlə bəzədilir.