DÜNYA


Hindistanda COVID-19 səbəbindən gündəlik ölüm sayında yeni antirekord qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 263 min 533 yoluxma, virus səbəbindən 4 min 329 ölüm qeydə alınıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka aşkarlanan yoluxma sayı əvvəlki sutka ilə müqayisədə azalsa da, ölüm sayı pandemiya dövründə gündəlik ən yüksək göstərici olub. Ötən sutka dünya üzrə COVID-19 səbəbindən ən çox ölüm də məhz Hindistanda qeydə alınıb.