MƏDƏNİYYƏT


UNESCO-nun Almatı klaster bürosu Milli Xalça Muzeyi haqqında videoçarx paylaşıb

UNESCO-nun Almatı klaster bürosu Azərbaycan Milli Xalça Muzeyi haqqında videoçarx çəkib və sosial şəbəkələrdəki səhifələrində yayımlayıb.
AZƏRTAC xəbər verir ki, 18 may - Beynəlxalq Muzeylər Günü çərçivəsində Almatı klaster bürosunun mütəxəssisləri tərəfindən ölkəmizdə fəaliyyət göstərən muzeylərdən məhz Azərbaycan Milli Xalça Muzeyi seçilərək, onun beynəlxalq səviyyədə daha çox tanınmasına xidmət edən paylaşım edilib. Muzeylərin əhəmiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə büronun sosial şəbəkələrdəki səhifələrində edilən paylaşımda muzeyin tarixi, eksponatları, xalça sənəti haqqında qısa məlumat da yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır