“Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci finalçıları müəyyənləşib
21.05.2021 [09:56]
Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb.
Qeyd edək ki, müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.