MƏDƏNİYYƏT


Ağdaşda “Şəhidlər ölməz” adı fərdi sərgi açılıb

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə yerli rəssam Məlahət İsmayılın “Şəhidlər ölməz” adı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, burada sərgilənən əsərlər Vətən müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalmış ağdaşlı igidlərin portretlərindən ibarətdir. Rəssam ayrı-ayrılıqda hər bir şəhidin portretini çəkib, hər şəhidin portretinə individual yanaşıb. Otuz altı portretdən ibarət sərgidə Qarabağ müharibəsi, qəhrəman əsgərlərimizlə bağlı daha bir neçə əsər də nümayiş olunur. Ümumilikdə, sərgidə 50-dən çox əsər sərgilənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır