DÜNYA


Çində 7,4 bal gücündə daha bir zəlzələ olub

Çinin cənub-qərbindəki Çinhay vilayətində 7,4 bal gücündə zəlzələ olub.AZƏRTAC Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Pekin vaxtı ilə gecə saat 2:04-də vilayətin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 17 kilometr dərinlikdə olub.Yeraltı təkanlar 385 kilometr məsafədə yerləşən vilayətin paytaxtı Sinin şəhərində də hiss olunub. Hələlik insan tələfatı barədə məlumat olmasa da, körpülərin, yol ötürücülərinin dağılması barədə xəbərlər var. Vilayətin zəlzələ hiss olunan yaşayış məntəqələrinin sakinləri bütün gecəni bayırda keçiriblər.