Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib

22.05.2021 [13:30]

Xəbərin mətni

2021-ci il üçün birgə fəaliyyət planına əsasən, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI