DÜNYA


Zəlzələ magistral yol üzərindəki iri körpünün dağılmasına səbəb olub

Çinin cənub-qərbindəki Çinhay vilayətində gecə saatlarında baş verən 7,4 bal gücündə zəlzələ magistral yol üzərindəki iri körpünün dağılmasına səbəb olub. Vilayətin paytaxtı Sinin ilə Yünnan vilayətinin Lician şəhərini birləşdirən G063 nömrəli magistral yoldakı "Yematan" və "Yematan 2" körpüləri hər 2 istiqamətdə xeyli dərəcədə zərər çəkib. Nəticədə magistral yolda hərəkət mümkünsüz olub. Zəlzələ magistral yolun digər hissələrində də daıntıya və çatların yaranmasına səbəb olub.Qeyd edək ki, mayın 22-də Pekin vaxtı ilə gecə saat 2:04-də Çinhay vilayətinin Qoloq Tibet muxtar prefekturasının dəniz səviyyəsindən 4200 metr yüksəklikdə yerləşən Maduo rayonunda zəlzələ qeydə alınıb.