DÜNYA


Çində marafon zamanı hava şəraitinin kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub

Çinin Qansu vilayətində dağlıq ərazidə keçirilən 100 kilometrlik qaçış marafonu zamanı havanın kəskin dəyişməsi 21 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, 172 nəfərin iştirak etdiyi “Cintay dağ marafonu” mayın 22-də səhər çağı Bayin şəhərinin Cintay rayonunda başlayıb. Günorta saatlarında hava şəraiti qəflətən dəyişib, güclü külək dolu və aramsız yağış gətirib, havanın hərarəti xeyli aşağı düşüb. Bu cür hava dəyişikliyi yarış iştirakçıları üçün fiziki diskomfort yaradıb, onların çoxunun bədən hərarəti anidən aşağı düşüb və bu da ölümlərə səbəb olub.