Misirdə Nizami Gəncəviyə həsr olunmuş videoçarx hazırlanıb
24.05.2021 [10:45]
Xəbərin mətni
Misirdə Azərbaycan dilini tədris edən İsra Adilin təsis etdiyi EPS mərkəzi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş 8 dəqiqəlik videoçarx təqdim edib.
AZƏRTAC xəbər verir ki, ərəb tamaşaçılarına xitab edən maraqlı videomaterial yutub kanalında da yerləşdirilib, habelə Misirin “Aldiplomacy”, “Worldnewnews” portalları tərəfindən işıqlandırılıb.