MƏDƏNİYYƏT


Xaçmazda yeni inşa olunan Qələbə parkında “Xarıbülbül” abidəsi qoyulub

Xaçmazın Qıraqlı kəndində Vətən müharibəsindəki şanlı zəfərimizin şərəfinə Qələbə parkı inşa olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istirahət parkında zəfər simvolumuza çevrilən “Xarıbülbül”ə abidə qoyulub.Ulu öndər Heydər Əliyevin doğum günündə istifadəyə verilən park sakinlərin və kəndə gələn qonaqların sevimli ziyarət yerinə çevrilib. İstirahət guşəsi ölkəmizin ilk uşaq telekanalı “ARB Günəş”in rəhbəri Məhsim Məhsimovun təşəbbüsü ilə özünə məxsus həyətyanı sahəsində yaradılıb.