MƏDƏNİYYƏT


Azərbaycanlı gənc rejissorun filmi beynəlxalq müsabiqənin əsas bölümündə yer alıb

Azərbaycanlı gənc rejissor Lətif Lətifsoyun “Anya” adlı ilk qısametrajlı filmi 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri “Eastern Vista”ya seçilib.C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, eksperimental-sənədli janrda olan film, əvvəllər bir kənddə rus dili və ədəbiyyatı müəllimi işləyən yaşlı Anyanın həyatından epizodlar təqdim edərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs edir. Filmin xronometrajı 12 dəqiqədir.Festivalın 38-ci buraxılışı mayın 26-dan iyunun 2-dək İranın paytaxtı Tehranda keçiriləcək. Festival dünyanın ən nüfuzlu festivallardan hesab olunur.