Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanda pandemiya qurbanlarının sayı 300 mini ötüb

24.05.2021 [18:37]

Xəbərin mətni

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 222 min 315 yoluxma, 4 min 454 ölüm aşkarlanıb. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 300 mini ötüb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 8 sutka ərzində gündəlik yoluxma sayı 300 mindən az olub. Buna baxmayaraq gündəlik ölüm sayı yüksək olaraq qalır. Hazırda Hindistanda 2,7 milyon aktiv xəstə var. Bir neçə ştatda qapanma və komendant saatı tətbiq olunur.