Beynəlxalq “Anadolu Ankası-2021” təlimlərinə start verilib
25.05.2021 [14:11]
Xəbərin mətni
Türkiyə Silahlı Qüvvələrinin ev sahibliyi ilə “Beynəlxalq Anadolu Ankası-2021” təlimlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Qətər, Şimali Kipr və Slovakiyanın Hərbi Hava, Quru və Hərbi Dəniz qüvvələrinin vasitələri iştirak edir.