MƏDƏNİYYƏT


Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri keçirilib

Mayın 26-da Tovuz regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub. Tədbir çərçivəsində mərkəzdə könüllülər tərəfindən müxtəlif tullantılardan hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.AZƏRTAC xəbər verir ki, tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, rayon rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.