MƏDƏNİYYƏT


Kiyevin mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair memorandum imzalanıb

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.