DÜNYA


“Yaas” qasırğası Hindistanda altı nəfərin həyatına son qoyub

Hindistanın şərqində yerləşən Odişa və Qərbi Benqaliya ştatlarında yaşayan 10 milyon insan “Yaas” qasırğasının təsir zonasına düşüb.
AZƏRTAC India TV telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində azı altı nəfər həlak olub.
Odişa ştatında 128 kənd güclü küləyin Benqal körfəzindən gətirdiyi suyun altında qalıb. Nəticədə minlərlə ev, o cümlədən məktəb binası yararsız hala düşüb. Qərbi Benqaliya ştatında isə 300 minə yaxın yaşayış binasına və 134 bəndə zərər dəyib.