Lənkəranda Respublika Gününə həsr edilən sərgidə 130 əsər nümayiş olunub
27.05.2021 [17:57]
Xəbərin mətni
Mayın 27-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Uşaq Rəssamlıq Məktəbi, Mamusta kənd Folklor evi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş rəsm sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, sərgidə Lənkəranın gənc və istedadlı rəssamlarının Respublika Gününə həs etdiyi 130 əsər nümayiş olunub.