MƏDƏNİYYƏT


Kiyevdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyinə həsr edilmiş konsert təşkil olunub

Kiyevdə Ukrayna Milli Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü illiyinə həsr edilmiş tədbir - konsert təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin iştirakı və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşkilatçılığı ilə keçirilən “Dostluğun dialoqu: Ukrayna-Azərbaycan” adlı konsertdə ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Kiyev şəhər meri Vitali Kliçko, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, diaspor üzvləri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV-lər iştirak ediblər.