MƏDƏNİYYƏT


Azərbaycan İstiqlal Muzeyi şanlı tariximizi sərgiləyir

Azərbaycanın ilk dövlət muzeyi 1919-cu ildə yaradılan Azərbaycan İstiqlal Muzeyidir. AZƏRTAC xəbər verir ki, ilk yarandığı ildə muzeydə 7000 eksponat olub. Hazırda bu göstərici 20000 çoxdur. 1919-cu ilin dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərib. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırıb. Muzey fəaliyyətini 71 il sonra - Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra davam etdirməyə başlayıb. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradılıb. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisi olub.