MƏDƏNİYYƏT


Dneprdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb. Rəsmi açılış mərasimində ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Dnepropetrovsk vilayətinin deputatları, Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak, müəllim və tələbə heyəti, diaspor rəhbərləri, soydaşlarımız və yerli KİV-lər iştirak edib.