MƏDƏNİYYƏT


Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair memorandum imzalanıb

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi ilə Xarkov Şəhər Şurası arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır