DÜNYA


Çində kömür mədənində dağıntı altında qalan səkkiz şaxtaçı xilas edilib

Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür mədənində baş verən partlayışdan sonra mədəndə qalmış 8 şaxtaçı təxminən 30 saatdan sonra xilas edilib.
AZƏRTAC xəbər verir ki, xilasedicilər qəza nəticəsində itkin düşən şaxtaçıların yerini 20 saatlıq axtarışlardan sonra müəyyən ediblər. Axtarış işlərinə 30 nəfərlik heyət cəlb olunub. Bundan sonra onların çıxarılması əməliyyatı başlayıb. İyunun 6-da axşam saat 20:00 radələrində şaxtaçılar mədəndən çıxarılıb. Onlar müayinə üçün xəstəxalara yerləşdiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır