CƏMİYYƏT


Qubada baş verən yanğında 85 yaşlı qadın ölüb

Qubada yaşayış evində baş verən yanğın nəticəsində 85 yaşlı qadın ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın gecə saatlarında rayonun Səbətlər kəndində ikimərtəbəli evdə qeydə alınıb. Yanğın birinci mərtəbədən başlayıb və qaz balonunun partlaması nəticəsində daha da şiddətlənib.
Digər sakinlər evi tərk edə bilsə də, 1936-cı il təvəllüdlü Gülnaz Cəzail qızı Rəhmanova yanaraq ölüb.