CƏMİYYƏT


Bakı sakinləri gözəl təşəbbüsə qoşulublar

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırıb.Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal qurumlar və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən əsas küçə və prospektlərdə yerləşən binaların eyvanlarında müxtəlif rəngli güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməyə başlanıb.