DÜNYA


Çində ənənəvi Duanu bayramı qeyd olunur

Çin xalqı qədim bayramlarından biri olan Duanu festivalını qeyd edir.
AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar ölkənin müxtəlif yerlərində şənliklər, mərasimlər, yarışlar təşkil olunur.
Şərq xalqlarının ay təqvimi ilə hər il 5-ci ayın 5-ci günü keçirilən bu bayram eramızdan əvvəl IV-III əsrlərdə yaşamış vətənpərvər şair Çu Yuanın şərəfinə meydana gəlib.