SİYASƏT


Ukraynada “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

Milli Qurtuluş Günü ilə əlaqədar Ukraynanın ali təhsil ocaqlarının tələbələri arasında keçirilən “Heydər Əliyev: Liderlik fenomeni” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunan müsabiqənin iştirakçıları, səfirliyin əməkdaşları, Ukraynanın nüfuzlu ali təhsil ocaqlarının rəhbər heyəti, əvvəlcə, Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.