MƏDƏNİYYƏT


Milli qəhrəmanlarımız gənc heykəltəraşların əsərlərində

Bu il Azərbaycan Dövlət Rəssamlıq Akamediyasını bitirən bir qrup tələbənin diplom işi Vətənpərvərlik mövzusuna həsr olunub. Gənclərin bu mövzuya müraciət etməsi heç də təsadüfi deyil. Azərbaycanın şanlı ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı böyük zəfər, cəsur oğul və qızlarımızın dastana dönən şücaəti yaradıcı gənclərimizin üçün əsl ilham mənbəyi olub. AZƏRTAC xəbər verir ki, Rəssamlıq Akamediyasını “Heykəltaraşlıq” ixtisası üzrə bitirən tələbələr - Təbriz Soltanlı General-mayor Polad Həşimovun, Müstəqil Balayev Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın, Leyla Məmmədova isə yaralı dostunu döyüş bölgəsindən çıxaran əsgərin heykəllərini hazırlayıblar.