CƏMİYYƏT


Xaçmaz rayonunda meşə massivində narkotik tərkibli bitkilər əkən şəxslər saxlanılıblar

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməyi ilə əməliyyat nəzarətinə götürülüb.