DÜNYA


İran İslam Respublikasında prezident seçkiləri keçirilir

İyunun 18-də İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçirilir.AZƏRTAC xəbər verir ki, səhər saat 7:00-dan başlayaraq məntəqələrdə səsvermə prosesi başlayıb.İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi səsvermədə iştirak edib. Mətbuat nümayəndələrinə açıqlama verən Ali Rəhbər bildirib ki, İranın taleyini xalq müəyyən edəcək. İran xalqı səsvermə prosesində fəal olmalı və istədiyi namizədi seçməlidir ki, ölkə inkişaf edərək irəliyə doğru addımlasın.