MƏDƏNİYYƏT


Fulya Öztürk: Filmdə izləyicilərin mənim şahidi olduğum acı həqiqətləri görməsini istəyirəm

Vətən müharibəsində cəbhə bölgəsinə yollanan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli filmin çəkilişlərinə başlanılıb. AZƏRTAC xəbər verir ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində Fulya Öztürk və onun operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadlarından istifadə ediləcək. Müxbir Fulya Öztürk deyir ki, ilk dəfə kinorejissor Tahir Tahiroviçdən onun haqqında film ideyasını eşidəndə bu təkliflə razılaşmayıb: “Tahir Tahiroviçin təkidlərindən sonra fikrimi dəyişib ssenarini oxudum. Filmin baş rolunda Fulya Öztürk olsa da, burada yalnız Azərbaycanın 44 günlük Vətən müharibəsində üzləşdiyi acı həqiqətlər yer alacaq”.