Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtərdə keçirilən “Kreativ sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası maraqla qarşılanıb

26.06.2021 [13:11]

Xəbərin mətni

Bərdə Regional Mədəniyyət İdarəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında “Kreativ sənaye və yerli imkanlar” adlı sərgi-satış yarmarkası təşkil edilib. Tədbir xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə sevinci yaşadan şanlı ordumuza həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi-satış yarmarkasında birinci və ikinci Qarabağ müharibəsi qaziləri, mədəniyyət sahəsində çalışan yaradıcı və istedadlı şəxslər tərəfindən hazırlanmış sənətkarlıq, təsviri sənət nümunələri, həmçinin musiqi ənənələri nümayiş olunub.