DÜNYA


Türkiyədə turizm bölgəsində meşə yanğını baş verib

Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda yerləşən meşəlik ərazidə güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bölgədə əsən küləyin təsirindən qısa zaman ərzində ətrafa yayılan yanğın geniş ərazini əhatə edib. Alovlar yaşayış yerlərinə yaxın ərazilərə də sıçrayıb. Bölgədə qatı tüstü müşahidə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın və helikopter cəlb olunub.