DÜNYA


Honkonqda gəmi dayanacağında 30 yaxta yanıb

Çinin Honkonq xüsusi inzibati ərazisində gəmi dayanacağında baş verən yanğında 30 yaxta yanıb, 10-u batıb.AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, günorta saatlarında baş verən yanğını söndürmək üçün hadisə yerinə 11 yanğınsöndürən qayıq, 6 təyyarə və xeyli canlı qüvvə cəlb olunub. Yanğın təxminən 4 saat sonra nəzarət altına alınıb.Hadisə baş verən yerdən 35 nəfər xilas edilib, bir nəfər xəstəxanaya yerləşdirilib.