CƏMİYYƏT


Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə iyunun 28-də gecə saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Elçin Cəlilovun idarə etdiyi “Opel” markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə, sürücü E.Cəlilov ölüb. Habelə, “Opel”dəki 3 sərnişin - 2 yaşlı İlyas Elçin oğlu Cəlilov, 45 yaşlı Zaur Balay oğlu Xəlilov və 31 yaşlı Aysel Balay qızı Cəlilova aldıqları çoxsaylı xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.