MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Film Fondu tərəfindən qiymətli arxiv materialları əldə olunub
29.06.2021 [14:21]
Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin “Hacı Qara” filminə aid bir fraqment aşkar edilib. Xatırladaq ki, 1928-ci ildə çəkilmiş filmin kino lenti bu günə gəlib çatmamışdır. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş “Azərbaycanda kino sənəti” kitabını əsas götürərək araşdırmalar aparıblar. Belə ki, kitabın 16-cı səhifəsində filmin baş rolunun ifaçısı Mirzəağa Əliyevin Hacı Qara obrazında filmdən fotosu əks olunub.Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Film Fondundan bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.08.2022 [14:24]
06.08.2022 [14:20]
05.08.2022 [14:16]
05.08.2022 [14:11]
04.08.2022 [12:59]
03.08.2022 [20:57]
06.08.2022 [17:27]
20.07.2022 [17:22]
06.08.2022 [11:20]
04.08.2022 [19:16]
06.08.2022 [15:14]
06.08.2022 [13:12]
07.08.2022 [23:34]