Çin Kommunist Partiyasının 100 illik yubileyi qeyd olunur
01.07.2021 [10:59]
Xəbərin mətni
İyulun 1-də Çin Kommunist Partiyasının (ÇKP) yaranmasının 100-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə artıq bir neçə gündür bütün Çin Xalq Respublikasında (ÇXR) yubiley mərasimləri keçirilir. Bu tədbirlərin ən əsası isə iyulun 1-də Pekindəki Tiananmen meydanında təşkil olunan təntənəli yubiley mərasimi olub.