Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Çexiyada 15-ci RefuFest mədəniyyətlərarası festivalda təmsil olunub

02.07.2021 [13:05]

Xəbərin mətni

Çex Respublikasının paytaxtı Praqada keçirilən 15-ci RefuFest mədəniyyətlərarası festivalda ölkəmiz də təmsil olunub.AZƏRTAC xəbər verir ki, festivalda Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycanın Çex Respublikasındakı səfirliyinin maddi dəstəyi və bu ölkədəki Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib.