Azərbaycan Dövlət İnformasiya Agentliyi

Reza Deqati Fransada keçirilən konfransda Qarabağda çəkdiyi fotoların tarixçəsindən danışıb

03.07.2021 [10:04]

Xəbərin mətni

Fransanın Pontuaz şəhərində “Baxış Festivalı” (Festival du regard) çərçivəsində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, azərbaycanlı diplomatlar, eləcə də Pontuaz şəhərinin rəhbərliyi, sakinləri, fotosevərlər iştirak ediblər.