DÜNYA


Yaponiyada güclü torpaq sürüşməsi nəticəsində on ev dağılıb

Bu gün səhər saatlarında Yaponiyanın Amami şəhərində (Sidzuoka prefekturası) güclü torpaq sürüşməsi baş verib.AZƏRTAC xəbər verir ki, Kyodo agentliyinin yaydığı məlumata görə, sürüşmə nəticəsində on ev dağılıb, azı 20 nəfər itkin düşüb. Təbii fəlakət rayonunda axtarış-xilasetmə işləri başlayıb. Yerli administrasiya insanların axtarışı üçün Yaponiya özünümüdafiə qüvvələrindən kömək istəyib.Son günlər Sidzuoka prefekturasında güclü yağışlar yağır. Son 48 saatda oraya 300 millimetrə yaxın yağıntı düşüb.Yeni sürüşmə təhlükəsi səbəbindən prefekturanın 35,5 min sakininə təcili təxliyə çağırışı edilib.