DÜNYA


Filippində təyyarə qəzası nəticəsində 17 nəfər həlak olub

Filippinin cənub-qərbində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 17 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli Inquirer portalı ölkənin müdafiə naziri Delfin Lorenzananın bəyanatına istinadla məlumat yayıb. Nazirin sözlərinə görə, daha 40 nəfər xəsarət alıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 8 ekipaj üzvü daxil 92 nəfər olub.“C-130” təyyarəsi Sulu əyalətinin Holo adasına enməyə cəhd edərkən yerə çırpılıb. Filippin Silahlı Qüvvələrinin qərargah rəisi general Sirilito Sobehana bildirib ki, təyyarə uçuş-eniş zolağına düşə bilməyib.Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.