Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada torpaq sürüşməsi nəticəsində təxminən 80 ev dağılıb

04.07.2021 [13:08]

Yaponiyanın Atami şəhərində (Şıdzuoka prefekturası) baş verən torpaq sürüşməsi nəticəsində təxminən 80 yaşayış evinin dağıldığı ehtimal edilir.
"NHK" telekanalının istinadən verdiyi məlumata görə, sürüşmənin baş verdiyi ərazidə 100-dən 300-ə qədər evə müxtəlif dərəcədə ziyan dəyib.