İndoneziyada COVID-19-dan ölənlərin sayında antirekord qeydə alınıb
05.07.2021 [15:07]
Xəbərin mətni
İyulun 4-də İndoneziyada COVID-19 virusundan ölənlərin sayında antirekord qeydə alınıb. AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, səhiyyə orqanlarının yeni yoluxma halları ilə mübarizə aparmasına baxmayaraq, həmin gün 555 nəfər həyatını itirib.
Səhiyyə Nazirliyinin bildirdiyinə görə, həmin gün bütün ölkə üzrə 27 min 233 yeni yoluxma halı qeydə alınıb. Bunun səbəbi kimi ilk dəfə Hindistanda qeydə alınan “delta” ştamının ölkə ərazisində yayılması göstərilir.