DÜNYA


Çində əhaliyə gündə təxminən 25 milyon doza COVID-19 peyvəndi vurulur

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 1,3 milyard doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birinci olmaqla yanaşı, dünya üzrə ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir.