Kiprdə güclü meşə yanğınları nəticəsində dörd nəfər həlak olub
05.07.2021 [17:06]
Xəbərin mətni
Kiprdə güclü meşə yanğınları nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hökumət ölkənin tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşdiyini açıqlayıb. Ümumilikdə 55 kvadratkilometrdən çox ərazini əhatə edən yanğın nəticəsində onlarla ev, hektarlarla şam və zeytun bağları yararsız vəziyyətə düşüb.
Yanğınlardan ən Limassol və Larnaka bölgələri ziyan görüb. Yanğının öhdəsindən gəlmək hələ də mümkün deyil. Quraqlıq və güclü küləklər yanğınların miqyasını genişlənməsinə təsir edir. Son bir həftədir Kiprdə havanın temperaturu 40 dərəcədən yüksəkdir.