DÜNYA


Rusiyada təyyarə qəzasında ölənlərdən doqquzunun cəsədi tapılıb

Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərdən doqquzunun cəsədi tapılıb.
Bu barədə TASS təcili yardım xidmətinə istinadən məlumat verib.
Xatırladaq ki, iyulun 6-da Rusiyada An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin qalıqları Palan qəsəbəsi ərazisində tapılıb. Təyyarədəki 22 sərnişin və 6 heyət üzvü arasında sağ qalan olmadığı bildirilir. Faciə ilə əlaqədar Kamçatkada üç günlük matəm elan edilib.