DÜNYA


Kamçatkada təyyarənin qəzaya uğradığı yerdə 19 nəfərin meyiti tapılıb

İyulun 6-da qəzaya uğramış “An-26” təyyarəsinin qalıqları Palana qəsəbəsi yaxınlığında Tigil rayonu ətrafında aşkar edilib. Təyyarənin qalıqlarının bir hissəsinin dənizə düşdüyü bildirilir. Qəza zamanı həlak olanlardan 19 nəfərin meyiti artıq tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, Petropavlovsk-Kamçatsk şəhərindən Kamçatka diyarının Koryak dairəsinin Palana qəsəbəsinə uçan “An-26” təyyarəsi iyulun 6-da qəzaya uğrayıb. Təyyarədəki 22 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.